EN

AMEA gələn il üçün mühafizəçilərin sayını artırır

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) gələn il üçün mühafizəçilərin sayını artırır.

 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, mühafizə müddəti bir illik nəzərdə tutulub.

 

Akademiya şəhərciyi üzrə növbə rəislərinin sayı 1-dən 2-yə, mühafizəçilərin sayı 23-dən 29-a çatdırılır və bundan əlavə, 2 yeni patrul əməkdaşı ştatı da təsis edilir.

 

Həmçinin AMEA Mərkəzi Elmi Kitabxana üzrə 1 növbə rəisi qalmaqla mühafizəçilərin sayını 13-dən 17-yə çatdırır. Eyni zamanda AMEA-nın yataqxanası üzrə mühafizəyə 1 növbə rəisi, 3 mühafizəçi və 1 patrul əməkdaşı təhkim olunacaq.

 

Bütün mühafizə komandasına isə 1 nəfər Xidmət rəisi rəhbərlik edəcək. Əvvəllər isə mühafizə komandasında rəhbər şəxs kimi 1 xidmət rəisi və 1 xidmət rəisinin müavini yer alıb.

 

AMEA 2026-cı il üçün mühafizə xidmətinə 493.327,89 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

 

Xatırladaq ki, akademiyanın 2025-ci il üzrə isə mühafizə xərcləri 472.497,49 manat olub. Ənənəvi olaraq mühafizə xidmətini də "Alov-Mühafizə” şirkəti həyata keçirib.

 

Chosen
22
1
milliyol.az

2Sources