EN

Tramp administrasiyası “TikTok”da hesab açdı

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Ağ Ev ABŞ Prezidenti Donald Trampın administrasiyasının rəsmi “TikTok” hesabını qeydiyyatdan keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev rəsmi “X” hesabında məlumat yayıb. 

“Bütün zamanların ən böyük kabineti artıq “TikTok”dadır. Bütün əlamətdar anları eyni yerdə izləmək üçün abunə olun”, - paylaşımda deyilir. 

Prezidentin “TikTok” kanalında ilk olaraq Tramp administrasiyasındakı nazirlərin işinə, həmçinin qanunsuz miqrantların ABŞ-dən deportasiyasına həsr olunmuş 3 musiqili videorolik yerləşdirilib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 25-də “TikTok”un Birləşmiş Ştatlar biznesinin nəzarəti altına keçməsinə və onun ölkədə fəaliyyətini davam etdirməsinə icazə verəcək sazişi təsdiqləyən Fərman imzalayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
1
qafqazinfo.az

2Sources