EN

Azərbaycanın metanol istehsalının həcmi açıqlandı

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 407,5 min ton həcmində metanol (metil spirit) istehsal olunub.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb Bu, 2024-cü ilin 11 ayı ilə müqayisədə 13 % azdır.Bu il dekabrın 1-nə 33,8 min ton hazır məhsul qalığı yaranıb.Qeyd edək ki, metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) metanol zavodunda istehsal edilir.

2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi - "SOCAR Metanol" MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Chosen
1
3
metbuat.az

5Sources