AZ

Azərbaycanın metanol istehsalının həcmi açıqlandı

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 403,8 min ton həcmində metanol (metil spirit) istehsal olunub.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb u, 2024-cü ilin 10 ayı ilə müqayisədə 4,2 % azdır.Bu il noyabrın 1-nə 41,3 min ton hazır məhsul qalığı yaranıb.

Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - "SOCAR Metanol" MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Seçilən
75
3
metbuat.az

5Mənbələr