EN

Pakistanda Heydər Əliyevin anım günü ilə bağlı görüş keçirildi 

Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü münasibətilə Azərbaycanın Pakistandakı Səfirliyi İslamabad şəhərində yerləşən Sundas Talassemiya Mərkəzinin tibb heyəti, pasiyentləri, eləcə də onların ailə üzvləri ilə görüş keçirib.

Səfirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, görüş zamanı iştirakçılar Ulu Öndər Heydər Əliyevin bütün istiqamətlərdə, o cümlədən uşaqların hüquqlarının qorunması və qayğı ilə əhatə olunması sahəsində təməlini qoyduğu dövlət siyasəti barədə məlumatlandırılıb.

Səfirlik tərəfindən hazırlanmış ərzaq paketləri həmin mərkəzə təqdim edilib.

Chosen
21
bakivaxti.az

1Sources