Aydın Mirzəzadə qeyd edib ki, tək bu formatlı görüş üçün deyil, digər məsələlərdə belə, qonşu dövlətlər kimi iştirak mümkündür. Artıq Azərbaycan-Ermənistan arasında dialoqlar başlayıb. Üçüncü tərəf olmadan iki ölkənin birlikdə toplanması ən vacib planlardandır. Nümunə olaraq, COP29-un ölkəmizdə keçirilməsi, bu sahədə Ermənistanın dəstəkləməsi və digərləri aid edilə bilər. Həmçinin, Azərbaycan ərazisindən keçməklə Ermənistana taxıl yükünün aparılması, neft satışı bir daha sübut edir ki, tərəflər sülhə doğru addımlayırlar. Tam sülh üçün hələ zaman var. Deputat vurğulayıb ki, sülhün tamamlanması üçün Ermənistan Konstitusiyadında Azərbaycana qarşı olan ərazi iddiaları ləğv edilməlidir. Hər iki dövlət beynəlxalq hüququn prinsiplərinə əməl edərək, münasibətləri qurmalıdır. Əgər, tərəflər arasında ilk addımlar atılıbsa, növbəti mərhələlərdə sülhün tamamlanması gözləniləndir. Azərbaycan-Ermənistan arasında sülh prosesi, görüşlırin keçirilməsi haqqında "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü də öz fikirlərini bildirib. Mübariz Göyüşlü deyib ki, 3+3 formatlı görüşün tərkibi də maraq kəsb edir. Həmçinin də, vacib hesab edilir. Artıq bu istiqamətdə 3 görüş keçirilib. Növbəti görüşlərin Bakı və İrəvan ərazisində keçirilməsi hələ müzakirə mövzusudur.
Siyasi şərhçi söyləyib ki, görüşün Bakıda olması daha məqsədəuyğun olar. Çünki Bakı beynəlxalq tədbirlərə ev sahibliyi etmək işində daha yüksək peşəkarlığa malikdir. Bu təşəbbüs Azərbaycan tərəfindən irəli sürülüb. Türkiyə tərəfi də bu sahədə öz dəstəyini göstərdi. Görüşün Bakıda olması münasibətləri yeni müsbət mərhələyə çıxara bilər. Üstəlik, Ermənistanın görüşün Bakıda keçirilməsinə razılıq verməsi və öz iştirakı sülh prosesində irəliləyişlərə səbəb ola bilər. Növbəti dəfə, İrəvanda olarsa, regionda bir sıra məsələlər öz həllini tapa bilər.