EN

Qazaxıstanın ən bahalı oyunçusunun adına aydınlıq gəldi

Qazaxıstanın ən bahalı futbolçusu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, "Kayrat"ın hücumçusu Dastan Satpayev 2025-ci ilin sonuna görə Orta Asiya ölkəsinin ən dəyərli oyunçusudur.

"Transfermarkt"-ın məlumatına görə, transfer haqqının yenilənməsindən sonra Satpayevin dəyəri 1,8 milyon avrodan 3 milyon avroya yüksəlib. Beləliklə, o, nəinki Qazaxıstan Premyer Liqasının, dünyanın ən bahalı qazaxıstanlı futbolçusu olub. 

İkinci yerdə 2,8 milyon avro ilə Moskva "Dinamo"sunun müdafiəçisi Baktiyor Zaynutdinovdur. "Zenit"in müdafiəçisi Nurali Alip və "Axmat"ın cinah hücumçusu Maksim Samordov isə 2,5 milyon avro dəyərindədirlər.

Satpayev tarixdə transfer dəyəri 3 milyon avroya çatan dördüncü qazaxıstanlı futbolçudur. Əvvəllər Alip (3,5 milyon avro), Aleksandr Merkel (5 milyon avro) və Zaynutdinov (6,5 milyon avro) daha yüksək qiymətləndiriliblər.

Chosen
21
34
fanat.az

10Sources