Bakı. Trend:
"Transfermarkt" portalı İspaniya La Liqasında çıxış edənfutbolçuların bazar qiymətlərini yenidən nəzərdən keçirib.
Trend-inməlumatına görə, “Real Madrid”in hücumçusu Kilian Mbappenintransfer dəyəri 200 milyon avro olaraq müəyyən edilib.
Bu göstərici fransız futbolçunu dünyanın ən bahalı üç oyunçususırasına daxil edir.
“Mançester Siti”nin forvardı Erlinq Holand və “Barselona”nıncinah oyunçusu Lamin Yamal da Mbappe ilə eyni məbləğdədəyərləndirilir.
Onları ən yaxından izləyən futbolçu isə “Real Madrid”in hücumameyilli yarımmüdafiəçisi Cud Bellingemdir. Onun transfer qiyməti160 milyon avro təşkil edir. Qeyd edək ki, son yeniləmədə ingilisfutbolçunun dəyəri 20 milyon avro azaldılıb. Bundan əvvəlBellingemin bazar dəyəri 180 milyon avro idi.