EN

ABŞ-Ukrayna münasibətlərində gərginlik: Zelenski nədən narazıdır?

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı Vaşinqtonun hazırladığı sülh planı hamı tərəfindən müsbət qarşılanıb, lakin Ukrayna lideri Vladimir Zelenski bu plana qarşı çıxan yeganə tərəfdir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zaur Məmmədov bildirdi ki, sülh planı ilə bağlı müxtəlif yanaşmalar var:

"Onu da qeyd etmək lazımdır ki, məlum məsələdir: bu kimi planlar illərlə müzakirə edilir. Bir ayın və ya bir ilin içində həm münaqişə tərəflərini, həm də onların ətrafındakı aktorları qane edəcək plan hazırlamaq mümkün deyil. Bunun da bariz nümunəsi odur ki, artıq bir ilə yaxındır Trampın hakimiyyətə gəlişindən sonra bu müzakirələr davam etməkdədir. Bu müzakirələrin bundan sonra hansı istiqamətə gedəcəyini isə zaman və Ukraynanın dostlarının mövqeyi göstərmiş olacaq. Avropa İttifaqına üzv ölkələrlə Amerika Birləşmiş Ştatları arasında fikir ayrılığı var və bu fikir ayrılığı oradakı bəzi müddəalarla bağlıdır. Eyni zamanda Ukrayna ilə ABŞ arasında da çox vacib məsələlər üzrə ciddi fikir ayrılıqları mövcuddur. Sadəcə Zelenski bunları tam açıq şəkildə ifadə edə bilmir. Amma görünən odur ki, onu müəyyən çərçivəyə salıblar və müəyyən qərarlar qəbul edilməlidir. Britaniyanın, Fransanın və Almaniyanın burada tutacağı mövqedən isə bir çox məsələ asılı olacaq".

Nuriyyə NATİQQIZI

Chosen
35
redaktor.az

1Sources