EN

“Moskva Tehranın nüvə proqramını dəstəkləyir” Putin

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya prezidenti Vladimir Putin Aşqabadda İran prezidenti Məsud Pezeşkianla görüşüb.

525.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Görüşdə Rusiya lideri Moskva ilə Tehran arasında əməkdaşlığın uğurla inkişaf etdiyini deyib, xüsusilə enerji və kənd təsərrüfatı sektorlarına toxunub. Ötən il ticarət dövriyyəsi 13 faiz, 2025-ci ilin ilk üç rübündə isə daha 8 faiz artıb

Putin qeyd edib ki, Moskva Tehranın nüvə proqramını dəstəkləyir:

“Biz İranın nüvə proqramı da daxil olmaqla, bütün vacib beynəlxalq məsələlərdə sıx əlaqədəyik. Bizim mövqeyimizi bilirsiniz: BMT-də İranı dəstəkləyirik".

Pezeşkian öz növbəsində beynəlxalq arenada İranı dəstəklədiyinə Rusiyaya təşəkkür edib.

"Hərtərəfli Strateji Sazişə əsasən, biz əldə edilmiş bütün razılaşmaları yerinə yetirmək öhdəliyi götürürük", - o qeyd edib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
525.az

1Sources