EN

Mərkəzi Bankın kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyi və kollektivi Ümummilli Lider, görkəmli siyasi xadim Heydər Əliyevin anım günündə Fəxri xiyabanı ziyarət edib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyularaq əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi böyük hörmətlə anılıb.

Chosen
30
azertag.az

1Sources