EN

Əkrəm İmamoğlunun məhkəmə qarşısına çıxarılacağı tarix müəyyənləşdi

BAKI, 12 dekabr. TELEQRAF

İstanbul Böyük şəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan “korrupsiya” istintaqı çərçivəsində vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu da daxil olmaqla, ittiham edilən 402 nəfərin məhkəmə qarşısına çıxacağı tarix müəyyən olub.

Teleqraf xəbər verir ki, bu barədə “Hüriyyet” məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, məhkəmə baxışı 9 mart 2026-cı il tarixində Mərmərə Cəza İnfaz Müəssisələri Kompleksində yerləşən məhkəmə zalında başlayacaq.

Məlumata görə, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən İstanbul Böyük şəhər Bələdiyyəsinə dair “korrupsiya” işi üzrə ittiham aktı hazırlanıb.

Sənəddə 105-i həbsdə olmaqla 402 şübhəli yer alıb.

Əkrəm İmamoğlunun 142 hadisə ilə bağlı olaraq 828 il 2 aydan 2352 ilədək həbslə cəzalandırılması tələb edilib. İttiham aktında bələdiyyə sədri “cinayət törətmək məqsədilə təşkilat qurmaq”, “rüşvət alma”, “cinayət yolu ilə əldə edilmiş pulların yuyulması”, “dövlət qurum və təşkilatlarına qarşı dələduzluq” və sair kimi iddia edilən cinayətlərdə ittiham olunur.

Xatırladaq ki, Əkrəm İmamoğlu mart ayında korrupsiya ittihamı ilə həbs edilib.

Chosen
101
3
teleqraf.com

5Sources