GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İstanbul Böyük şəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan “korrupsiya” istintaqı çərçivəsində vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu da daxil olmaqla, ittiham edilən 402 nəfər 2026-cı il martın 9-da hakim qarşısına çıxacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hüriyyet” məlumat yayıb.
Məlumata görə, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən İstanbul Böyük şəhər Bələdiyyəsinə dair “korrupsiya” işi üzrə ittiham aktı hazırlanıb. Sənəddə 105-i həbsdə olmaqla 402 şübhəli yer alıb.
Qeyd edək ki, Əkrəm İmamoğlunun 142 hadisə ilə bağlı olaraq 828 il 2 aydan 2352 ilədək həbslə cəzalandırılması tələb edilib. İttiham aktında bələdiyyə sədri “cinayət törətmək məqsədilə təşkilat qurmaq”, “rüşvət alma”, “cinayət yolu ilə əldə edilmiş pulların yuyulması”, “dövlət qurum və təşkilatlarına qarşı dələduzluq” və sair kimi iddia edilən cinayətlərdə ittiham olunur.
Xatırladaq ki, Əkrəm İmamoğlu bu ilin mart ayında korrupsiya ittihamı ilə həbs edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.