“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması işləri yekun mərhələdədir.
Sumqayıt–Yalama dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işlərinin icrasına 2020-ci ildən başlanılıb. Yenidənqurma işlərinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.
Sumqayıt–Yalama dəmir yolu xəttinin ox üzrə uzunluğu 333,69 kilometr, yan yollarla birlikdə isə 362,12 kilometr təşkil edir.
MənbəAZƏRTAC