AZ

Sumqayıt-Yalama dəmir yolu xəttinin tikintisi yekun mərhələdədir

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması işləri yekun mərhələdədir. Avtosfer.az xəbər verir ki, Sumqayıt–Yalama dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işlərinin icrasına 2020-ci ildən başlanılıb. Yenidənqurma işlərinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub. Sumqayıt–Yalama dəmir yolu xəttinin ox üzrə uzunluğu 333,69 kilometr, yan yollarla birlikdə isə 362,12 kilometr təşkil edir.

Seçilən
8
3
avtosfer.az

4Mənbələr