EN

Driskoll Ukrayna danışıqlarından uzaqlaşdırıldı Şok səbəb

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ müdafiə naziri Pit Heqset Ordu katibi Den Driskollu səlahiyyətlərini aşdığı qənaətinə gələrək Ukrayna üzrə sülh danışıqlarından kənarlaşdırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə The Telegraph qəzeti mənbələrə istinadla məlumat yayıb.

Qəzet qeyd edir ki, Heqset Driskollun “həddindən artıq təşəbbüskar davrandığını” düşünür və onun bu davranışlarını paranoyaya çevrilən yanaşma kimi qiymətləndirir.

Məlumata görə, Driskoll dekabrın 1-də Parisdə keçiriləcək görüşə qatılmalı və danışıqları davam etdirmək üçün yenidən Ukraynaya səfərə getməli idi. Lakin bu plan baş tutmayıb. Ukrayna və Avropa rəsmiləri isə Driskollun danışıqlarda iştirak etməməsini ABŞ administrasiyası daxilində prosesə nəzarət uğrunda daxili çəkişmələrin göstəricisi kimi qiymətləndiriblər.

Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp da dekabrın 13-də Fransada keçiriləcək danışıqlarda iştirak üçün dəvət alıb. Görüşdə ABŞ, Avropa ölkələri və Ukrayna nümayəndələrinin iştirakı planlaşdırılır.

Ağ Evin sözçüsü Anna Kelli bildirib ki, Vaşinqton yalnız sülh sazişinə real perspektiv yarandığı və iştirakın vaxt baxımından səmərəli hesab edildiyi halda danışıqlarda iştiraka hazırdır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
globalinfo.az

1Sources