ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə şirkətinə məxsus yükdaşıma gəmisi Odessanın Çernomorsk limanında Rusiyanın raket hücumuna məruz qalıb.
Axar.az xəbər verir ki, bu barədə Report-a İvano-Frankovsk vilayətindəki Azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov məlumat verib.
"CENK RORO" gəmisinin yük avtomobilləri daşıdığı bildirilib. Hücum zamanı Azərbaycan qeydiyyatı olan 10-dək avtomobildaşıyan texnikanın da hədəfə alındığı ehtimal olunur.
Ölən və yaralananlar barədə məlumat verilməyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.