AZ

Türkiyə gəmisi Rusiyanın raket hücumuna məruz qaldi

Türkiyə şirkətinə məxsus yükdaşıma gəmisi Odessanın Çernomorsk limanında Rusiyanın raket hücumuna məruz qalıb.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə İvano-Frankovsk vilayətindəki Azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov məlumat verib.

"CENK RORO" gəmisinin yükdaşıma avtomobilləri daşıdığı bildirilib. Hücum zamanı Azərbaycan qeydiyyatı olan 10-dək avtomobildaşıyan texnikanın da hədəfə alındığı ehtimal olunur.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Seçilən
14
9
manset.az

10Mənbələr