EN

Əllərdə keyimə nəyin əlamətidir? –ŞƏRH

Əllərdə keyimə qalxanabənzər vəzidəki problemlərinin mümkün simptomudur.

AzPost bildirir ki, bu barədə həkim və televiziya aparıcısı Aleksandr Myasnikov bildirib. “Rossiya 1” televiziya kanalında yayımlanan “Ən vacib məsələ barədə” verilişində o, hərtərəfli fiziki müayinədən keçməyi tövsiyə edib.

Qalxanabənzəe vəzi hormonlarının çatışmazlığı şişməyə və əllərdə sinirlərin tıxanmasına səbəb olur. Həkim qeyd edib ki, bu, keyiməyə də səbəb ola bilər.

Həkim eyni zamanda vurğulayıb ki, uyuşma həmçinin narahat yuxu vəziyyətini də göstərə bilər. Digər mümkün səbəblərə həddindən artıq spirtli içki qəbulu və siqaret çəkmək daxildir.

AzPost.az

Chosen
25
azpost.info

1Sources