ABŞ hərbi təyyarələri Venesuela sahilləri yaxınlığında müşahidə olunub.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə Flightradar24 portalının məlumatları göstərir.
Bildirilir ki, hazırda ABŞ-yə məxsus bir qrup hərbi aviasiya vasitəsi Venesuela sahillərinə yaxın hava məkanında uçuşlar həyata keçirir.
Məlumata görə, ABŞ Floridadan havaya qalxmış Amerika Hərbi Dəniz Qüvvələrinin MQ-4C Triton kəşfiyyat PUA-sını və E-2D Advanced Hawkeye tipli bort radarı ilə təchiz olunmuş taktiki erkən xəbərdarlıq təyyarəsini bölgəyə göndərib.