EN

Ronalado “Forsaj”da çəkiləcək

"Əl-Nəsr"in portuqaliyalı oyunçusu Kriştiano Ronaldo "Forsaj" silsiləsinin yeni filmində rol alacaq.

"Yeni Sabah" xəbər verir ki, bunu aktyor və prodüser Vin Dizel bildirib.

O, 40 yaşlı hücumçu üçün “Forsaj” franşizasının yeni filmində xüsusi rol yazıldığını qeyd edib: “Hamı soruşurdu ki, Ronaldo ‘Forsaj’da olacaqmı? Bəli, olacaq. Onun üçün rol yazmışıq”.

“Forsaj” franşizasının 11-ci hissəsi 2026-cı ildə ekranlara çıxacaq.


Telegram kanalımız
Chosen
45
2
yenisabah.az

3Sources