Son 24 saat ərzində Günəşdən böyük protuberans ayrılıb.
Bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının "Telegram" kanalında yer alıb.
"Günəşin kənarında əmələ gələn, iç-içə keçmiş maddə və maqnit sahələri düyününü tamamilə açmaq üçün ulduzun təxminən 24 saat vaxtı getdi", - deyə məlumatda vurğulanıb.
Qeyd edilib ki, bu hadisə 3I/ATLAS kosmik obyekti ilə əlaqəli deyil və Yerə də təsir göstərməyəcək.