Xorvatiya çempionatında 17-cu tura start verilib.
"Football-plus.az" xəbər verir ki, turun açılış matçında Rüfət Abdullazadənin formasını geydiyi “Varajdin” səfərdə “Vukovar 1991”in qonağı olub.
Həmvətənimiz əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib. Matç “Varajdin”in 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra 23 xalda qalan Abdullazadənin komandası 5-ci pillədə qərarlaşıb.