EN

Möhtəşəm oynadıq Valdas Dambrauskas

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının 15-ci turunda səfərdə "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edən "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyundan sonra keçirilən mətbuat konfransında fikurlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, litvalı mütəxəssis belə danışıb: 

"Oyunçularımı təbrik edirəm. Möhtəşəm oyun sərgilədik. 80-ci dəqiqəyə qədər 3:0 hesabı ilə öndə olmaq əla idi. Rəqibin müdafiə xəttini yarmaq asan deyildi. 

Çempionluq arzusu? Bizim bir arzumuz var. O da hər irəlidəki matça hazırlaşmaqdır. Qarşıda ölkənin ən güclü komandasına, Avropada sözünü deyən "Qarabağ"la oyunumuz var. Bərpa olunmalı, həmin görüşə hazırlaşmalıyıq.

Meydanın vəziyyəti yaxşı deyildi".

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
63
1
fanat.az

2Sources