Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal olunan 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlu və 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun, həmçinin sentyabrın 27-də dənizdə batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Sultanov Tural Hüseynağa oğlunun axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildirilib ki, FHN qüvvələri tərəfindən dənizdə müxtəlif istiqamətlər üzrə axtarış tədbirləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.