EN

Neymarın “Santos”la müqaviləsi ertələndi

style='margin-bottom:10px;'>

“Santos” klubunun Neymarla müqavilə imzalaması məsələsi təxirə salınıb.

QOL.az xəbər verir ki, 33 yaşlı futbolçunun yaxın vaxtlarda dizindən əməliyyat olunması tərəfləri gözləmə mövqeyinə keçməyə məcbur edib.

“Planeta do Futebol” nəşrinin məlumatına görə, Neymarın atası kluba xəbərdarlıq edərək yeni müqavilənin imzalanması üçün cərrahi müdaxilənin tamamlanmasını gözləməyin daha düzgün olacağını bildirib. Tərəflər arasında imzalanacaq yeni sözləşmənin 2026-cı ilin ortalarına qədər nəzərdə tutulduğu bildirilir.

Qeyd edək ki, daha əvvəl Neymarın qarşıdan gələn Dünya Çempionatında iştirak şansını artırmaq məqsədilə xüsusi həkim müayinələrindən keçəcəyi barədə məlumatlar yayılmışdı.

Chosen
44
4
teleqraf.com

5Sources