AZ

Neymarın “Santos”la müqaviləsi ERTƏLƏNDİ

ain.az bildirir, Bizim media portalına istinadən.

“Santos” klubunun Neymarla müqavilə imzalaması məsələsi təxirə salınıb.Bizim.Media xəbər verir ki, 33 yaşlı futbolçunun yaxın vaxtlarda dizindən əməliyyat olunması xəbəri tərəfləri gözləmə mövqeyinə keçməyə məcbur edib.“Planeta do Futebol” nəşrinin məlumatına görə, Neymarın atası kluba xəbərdarlıq edərək yeni müqavilənin imzalanması üçün cərrahi müdaxilənin tamamlanmasını gözləməyin daha düzgün olacağını bildirib. Tərəflər arasında imzalanacaq yeni sözləşmənin 2026-cı ilin ortalarına qədər nəzərdə tutulduğu bildirilir.Qeyd edək ki, daha əvvəl Neymarın qarşıdan gələn Dünya Çempionatında iştirak şansını artırmaq məqsədilə xüsusi həkim müayinələrindən keçəcəyi barədə məlumatlar yayılmışdı.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
4
bizim.media

5Mənbələr