EN

“Gələn mövsüm də “Sabah”daqalmaq istəyirəm” - Aaron Maluda

“Turan Tovuz” – “Sabah” oyunundan sonra icarə əsasında paytaxt klubunun formasını geyən fransalı yarımmüdafiəçi Aaron Maluda “Football-plus.az”a müsahibə verib.

- Oyunu necə dəyərləndirirsən? Necə keçdi?
- Komandamız üçün yaxşı matç alındı. Əla oynadıq, vacib qələbə qazandıq.

- Meydançanın vəziyyəti sənin və komandanın oyununa təsir etdi?
- Etdi. Amma biz peşəkar futbolçuyuq. Hər vəziyyətdə oynamağı bacarmalıyıq. Bu qazonda oynamaq isə bizim üçün heç də asan olmadı.

- Növbəti oyun “Qarabağ”a qarşı olacaq. Həmin oyun haqda nə düşünürsən?
- Böyük oyundu. Yaxşı hazırlaşacaq, məşqçimizin təlimatlarını reallaşdırmağa çalışacağıq.

- Ardıcıl qələbələ qazanırsız. Komandanın bu mövsüm üçün hədəfi nədi?
- Dayanmayacayıq. Çempionatda və kubokda mübarizə aparırıq. Ən yaxşısını etmək istəyirik.

- “Sabah”da icarə əsasında oynayırsan. Gələn mövsüm də burda qalmaq istəyirsən?
- Əlbəttə. Mən bu komandada çox xoşbəxtəm.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
82
1
football-plus.az

2Sources