AZ

“Gələn mövsüm də “Sabah”da qalmaq istəyirəm” Aaron Maluda

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Turan Tovuz” – “Sabah” oyunundan sonra icarə əsasında paytaxt klubunun formasını geyən fransalı yarımmüdafiəçi Aaron Maluda “Football-plus.az”a müsahibə verib.- Oyunu necə dəyərləndirirsən? Necə keçdi?- Komandamız üçün yaxşı matç alındı. Əla oynadıq, vacib qələbə qazandıq.- Meydançanın vəziyyəti sənin və komandanın oyununa təsir etdi?- Etdi. Amma biz peşəkar futbolçuyuq. Hər vəziyyətdə oynamağı bacarmalıyıq. Bu qazonda oynamaq isə bizim üçün heç də asan olmadı.- Növbəti oyun “Qarabağ”a qarşı olacaq. Həmin oyun haqda nə düşünürsən?- Böyük oyundu. Yaxşı hazırlaşacaq, məşqçimizin təlimatlarını reallaşdırmağa çalışacağıq.- Ardıcıl qələbələ qazanırsız. Komandanın bu mövsüm üçün hədəfi nədi?- Dayanmayacayıq. Çempionatda və kubokda mübarizə aparırıq. Ən yaxşısını etmək istəyirik.- “Sabah”da icarə əsasında oynayırsan. Gələn mövsüm də burda qalmaq istəyirsən?- Əlbəttə. Mən bu komandada çox xoşbəxtəm.MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
icma.az

2Mənbələr