EN

ABŞ Ruandanın KDR-də sülh sazişini pozduğunu bildirib

Bakı. Trend:

Ruanda qonşu Konqo Demokratik Respublikasına (KDR) qarşıVaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmışsülh sazişini pozur.

Trend xəbər verirki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsindəməlumat yayıb.

Rubio bildirib ki, "Konqo Demokratik Respublikasının şərqhissəsində Ruandanın atdığı addımlar Prezident Trampın Vaşinqtondaimzaladığı müqavilənin açıq şəkildə pozulmasıdır və ABŞ Prezidentəverilən vədlərin yerinə yetirilməsini təmin etmək üçün tədbirlərgörəcək".

Konqo daha əvvəl bəyan edib ki, Ruandanın dəstəyi ilə "23 martHərəkatı" (M23) qruplaşmasının üsyançıları tərəfindən ölkəninşərqindəki Uvira şəhərinin zəbt olunması Vaşinqtonda imzalanmışsülh sazişinə ziddir. Konqo səlahiyyətliləri razılaşmalara riayətetməyə sadiq olduqlarını, lakin ölkənin təhlükəsizliyi, əhalininqorunması və ərazi bütövlüyü ilə bağlı hüquqlarından heç vaxtimtina etməyəcəklərini vurğulayıblar.

Xatırladaq ki, KDR Prezidenti Feliks Çisekedi və Ruanda lideriPol Kaqame dekabrın 4-də ABŞ-nin paytaxtı Vaşinqtonda sülhmüqaviləsi imzalayıblar.

Chosen
75
3
az.trend.az

4Sources