EN

Sorğu: Almaniya sakinləri də azyaşlı və yeniyetmələrin sosial şəbəkələrə girməsinin əleyhinədir

Almaniyada sorğuda iştirak edənlərin əksəriyyəti 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulmasını dəstəkləyib.

"Far.Az"un xəbərinə görə, bu, "INSA" sosiologiya institutunun "Bild" qəzeti üçün keçirdiyi sorğuda deyilir.

Sorğunun nəticələrinə görə, respondentlərin 60%-i Avstraliyadan nümunə götürərək, 16 yaşdan kiçiklər üçün sosial şəbəkələrə qadağa qoyulmasını dəstəkləyib. Lakin respondentlərin yalnız 24%-i əks fikir bildirib. Digər 16% isə biganə olduğunu və ya suala cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Xüsusilə, 30 yaşdan yuxarı olanların əksəriyyəti qadağanı dəstəkləyib. Yaşı 30-dan aşağı olanlar arasında isə vəziyyət fərqlidir: 40% lehinə, 37% əleyhinə, 15% isə biganədir.

"INSA"nın direktoru Herman Binkert nəticələri şərh edib: "16 yaşından kiçiklərin sosial şəbəkələrə girişinin qadağa qoyulmasını müdafiə edən hər kəs, hətta 30-dan aşağı olanların əksəriyyətini inandıra bilməsələr də, əhalinin çoxunun dəstəyini alır".

Dekabrın 11-dən 12-dək aparılan sorğuda 1 003 nəfər iştirak edib.

Chosen
100
far.az

1Sources