Baku.ws saytına istinadən ain.az xəbər verir.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan qadın 45 dəqiqəlik reanimasiya tədbirlərindən sonra həyata qaytarılıb. Hadisədən sonra özünə gələn pasiyent yaşadıqlarından danışıb.
Belə ki, altı uşaq anası Sevinc Əliyeva öd kisəsindəki daş səbəbindən əməliyyat olunduğunu bildirib. Onun sözlərinə görə, əməliyyatdan sonra bir neçə gün xəstəxanada müalicə alıb və artıq evə buraxılmağa hazırlaşırmış:
"Beş gün xəstəxanada qaldım. Ertəsi gün çıxmalı idim. Anidən vəziyyətim pisləşdi. Həkimlər bildirirlər ki, ürəyim iki dəfə dayanıb - biri 45 dəqiqə, digəri isə 15 dəqiqə davam edib. Təxminən 3-4 gündən sonra tam olaraq özümə gəlmişəm".
Qeyd edək ki, pasiyentin həyatını xilas etmək üçün 45 dəqiqə fasiləsiz mübarizə aparan həkim Şirvan Şəhər Mərkəzi Xəstəxanasının anestezioloq-reanimatoloqu Jalə Müslümova olub.
Ətraflı Baku TV-nin süjetində:
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.