AZ

Ürəyi dayanan 6 uşaq anası danışdı VİDEO

Modern.az saytına istinadən ain.az xəbər verir.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan və 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılan qadın danışıb.

Modern.az xəbər verir ki, 6 uşaq anası Sevinc Əliyeva bildirib ki, bir müddət əvvəl öd kisəsindəki daşa görə əməliyyat olunub:

“Beş gün xəstəxanada yatdım. Səhəri günü çıxacaqdım. Birdən-birə o vəziyyətə düşmüşəm. Həkimlər deyir ki, 45 və 15 dəqiqə 2 dəfə olub. 3-4 gündən sonra da özümə gəlmişəm”.

Qeyd edək ki, 45 dəqiqə dayanmadan xəstənin həyatını xilas etmək üçün mübarizə aparan həkim xəstəxananın anestezioloq-reanimatoloqu Jalə Müslümova olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
14
modern.az

10Mənbələr