EN

Berlin danışıqları mecə keçib?

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Berlində Ukrayna nümayəndə heyəti ilə iyirmi maddəlik sülh planı üzərində aparılan danışıqlarda əhəmiyyətli irəliləyişlər olduğunu bildirib.

Publik.az xəbər verir ki, o, "X" sosial şəbəkəsindəki paylaşdığı paylaşımında tərəflərin təkcə bu planla deyil, həm də bir sıra iqtisadi məsələlərlə bağlı ətraflı müzakirələr apardığını qeyd edib. O, beş saatdan çox davam edən görüşün əhəmiyyətli nəticələr verdiyini və danışıqların ertəsi gün səhər davam edəcəyini bildirib.

Görüşdə Vitkoffdan əlavə, Volodimir Zelenski və ABŞ prezidenti Donald Trampın kürəkəni olan sahibkar Cared Kuşner də iştirak edib.

Chosen
34
1
publika.az

10Sources