Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri dekabrın 15-də Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
Kaya Kallas bildirib ki, yeni sanksiyalar çərçivəsində “kölgə donanması” adlandırılan gəmilərlə bağlı qərar qəbul olunacaq. Onun sözlərinə görə, sanksiya siyahısına 40 əlavə dəniz gəmisi və yardımçı vasitə daxil ediləcək.
“Biz ‘kölgə donanması’na aid gəmilərlə bağlı qərar qəbul edəcəyik. Sanksiya siyahısına 40 əlavə gəmi və yardımçı vasitə salınacaq”, - deyə Kallas qeyd edib.
Bundan əvvəl İsveçrə hökuməti Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiyalar paketinə qoşulduğunu açıqlayıb. Yeni məhdudiyyətlər 13 dekabr 2025-ci il tarixindən qüvvəyə minib.
Nuriyyə NATİQQIZI