“Beləliklə, bu gün Ukrayna və ABŞ arasında ikitərəfli təhlükəsizlik təminatları, NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər, ABŞ və avropalı həmkarları, eləcə də digər ölkələr - Kanada, Yaponiya - Rusiyanın yeni işğalının qarşısını almaq üçün bir fürsətdir. Bu, artıq bizim tərəfimizdən bir gzəştdir. Amma təhlükəsizlik təminatları hüquqi qüvvəyə malik olmalıdır”,- Zelenski Amerika nümayəndə heyəti ilə Berlində görüşdən əvvəl bildirib.
![]() |
| Uitkoff: “Berlində irəliləyiş əldə olunub” |
Bununla belə, Zelenski danışıqlardan əvvəl qeyd sənəddən hamının razı qalmayacağını açıqlamışdı.
- Planın bu və ya digər variantında çoxlu güzəştlər var”, - siyasətçi vurğulayıb.
“The New York Times (NYT)” nəşrinin, öz növbəsində, yazdığına görə, Kiyev Rusiya prezidenti Vladimir Putinin tələb etdiyi kimi Donbasın zəbt olunmamış hissəsindən qoşunları çıxarmaqdan və Rusiyaya təhvil verməkdən imtina edib.
Sahil İsgəndərov
AzVision.az
