İranın Xüsusi İqtisadi Zonaları Ali Şurasının Katibliyi Araz Xüsusi İqtisadi Zonasının bilik əsaslı iqtisadiyyat sahəsində və texnologiya əsaslı şirkətlərin sayı indeksinə əsasən ölkənin bütün azad zonaları arasında birinci yeri tutduğunu açıqlayıb.
Hafta.az yazır ki, bu, Araz Xüsusi İqtisadi Zonasının innovasiya infrastrukturunun gücləndirilməsi, texnologiya şirkətlərini dəstəkləmək və ölkənin şimal-qərbində davamlı və iş yeri yaradan artımın əsas hərəkətverici qüvvələrindən biri kimi bilik əsaslı iqtisadiyyatın inkişaf etdirilməsindəki strateji yanaşmasını əks etdirir.
Qiymətləndirmə texnologiya ekosisteminin inkişaf səviyyəsinə, aktiv texnologiya şirkətlərinin sayına və azad zonalarda yerləşən bilik əsaslı şirkətlərə yönəlmiş şəkildə aparılıb və Araz Xüsusi İqtisadi Zonasını digər bölgələrdən ön pillədə qərarlaşdırıb.