EN

Şair Ramaldanovun qəzaya düşən yaxınlarının vəziyyəti AÇIQLANDI

Hərbi ekspert Şair Ramaldanovun qəzaya düşən yaxınlarının vəziyyəti açıqlanıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Qusar Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və sıyrılmış yaraları, politravma, qamış sümüyünün üçdəbir hissəsinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib:

"2022-ci il təvəllüdlü (hər ikisi kişi cinsli) azyaşlıların vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.

Müalicələri Reanimasiya şöbəsində davam etdirilən 1966-cı il (qadın) və 2017-ci il (kişi) təvəllüdlü şəxslər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina ediblər".

*** 08:08

Qusarda baş verən ağır qəzada həyatını itirən və xəsarət alan şəxslər ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanovun ailə üzvləridir.

Far.Az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, qəzada həyatını itirən 36 yaşlı Tamilla Ramaldanova Şair Ramaldanovun qardaşı, polkovnik İlham Ramaldanovun qızıdır.

Qəzada yaralanan şəxslər də Ramaldanovun yaxın qohumlarıdır. Onlar, Bakı şəhər sakinləri - sürücü 1962-ci il təvəlludlü Fariza Vladimirovna - Ramaldanova, 2022-ci il təvəllüdlü əkizlər, Arman və Adam Qoşqar oğlu Rəhimovlar və 2017-ci il təvəlludlü Rüstəm Qoşqar oğlu Rəhimovdur.

Chosen
116
far.az

1Sources