EN

Hesablama Palatası Dövlət Neft Fondunun 2026-cı il büdcəsi üzrə rəyi təsdiqlədi

BAKI, 15 dekabr. TELEQRAF

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi müzakirə edilib.

Bildirilib ki, Rəydə gəlir və xərc istiqamətləri üzrə proqnozlaşdırılmış məbləğlərin əsaslılığı, büdcə layihəsinin,o cümlədən növbəti ildə Fond tərəfindən həyata keçiriləcək investisiya siyasətinin hüquqi aktlara uyğunluğu araşdırılıb. Rəyin sonunda aparılmış təhlillər əsasında tövsiyələr verilib.

Müzakirələrin nəticəsində Rəyin təsdiq edilməsi və aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilib.

Kollegiya iclasında, həmçinin “Hesablama Palatasının 2026-cı il üçün İş planının layihəsi” müzakirə edilib. İş Planında kənar dövlət maliyyə nəzarəti tədbirləri və digər fəaliyyətlər əks olunub. Müzakirələrin nəticəsində İş Planının təsdiq edilməsi barədə qərar qəbul olunub.

İclasın sonunda gündəlikdə olan cari məsələlərə baxılıb.

Chosen
55
12
teleqraf.com

10Sources