AZ

HP Dövlət Neft Fondunun 2026 cı il büdcəsi üzrə rəyi təsdiqləyib

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

Bu barədə “APA-Economics”ə Hesablama Platasından bildirilib.

Məlumata görə, iclasda Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi müzakirə edilib.

Bildirilib ki, rəydə gəlir və xərc istiqamətləri üzrə proqnozlaşdırılmış məbləğlərin əsaslılığı, büdcə layihəsinin, o cümlədən növbəti ildə Fond tərəfindən həyata keçiriləcək investisiya siyasətinin hüquqi aktlara uyğunluğu araşdırılıb. Rəyin sonunda aparılmış təhlillər əsasında tövsiyələr verilib.

Müzakirələrin nəticəsində Rəyin təsdiq edilməsi və aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilib.

Kollegiya iclasında, həmçinin “Hesablama Palatasının 2026-cı il üçün İş planının layihəsi” müzakirə edilib. İş Planında kənar dövlət maliyyə nəzarəti tədbirləri və digər fəaliyyətlər əks olunub. Müzakirələrin nəticəsində İş Planının təsdiq edilməsi barədə qərar qəbul olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
12
apa.az

10Mənbələr