EN

Rusiya ordusu Ukraynada daha bir kəndi işğal etdi

Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk bölgəsindəki Pesçanoye kəndini nəzarətə götürüb.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kənd "Şərq" hərbi qrupunun bölmələrinin fəal hərəkətləri nəticəsində ələ keçirilib.

Qeyd olunub ki, bundan əlavə Rusiya ordusu Zaporojye bölgəsindəki Qulyay-Pole və Kosivtseve, eləcə də Dnepropetrovsk bölgəsindəki Andrivka və Velikimixaylivka kəndləri yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə və texnikasına itki veriblər.

Daşqın HəsənovMissiya.Az

Chosen
39
missiya.az

1Sources