“Sumqayıt”ın futbolçusu Abdul Raşid Mumini Afrika Millətlər Kubokunda çıxış edəcək Benin millisinə dəvət alıb.
"Football-plus.az" xəbər verir ki, bu səbəbdən 21 yaşlı sağ cinah müdafiəçisi “Neftçi” və “Sabah”la oyunlarda iştirak edə bilməyəcək.
Qeyd edək ki, D qrupunda yer alan Benin millisi Seneqal, Botsvana və Konqo Demokratik Respublikası ilə oyunlar keçirəcək. Afrika Millətlər Kubokuna dekabrın 21-də start veriləcək.