EN

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək - DİN

Bakı.Trend:

DİN vətəndaşların gündəlik həyatını asanlaşdırmaq, dövlətxidmətlərinin keyfiyyətini və əlçatanlığını artırmaq, o cümlədənölkəmizin rəqəmsal transformasiya prosesini sürətləndirməkməqsədilə bir sıra xidmətlərin təkmilləşdirilməsinə dair təkliflərhazırlayıb.

Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, təkliflərdə şəxsiyyət vəsiqələrinin, ümumvətəndaşpasportlarının və sürücülük vəsiqələrinin alınması və yenilənməsi,həmçinin nəqliyyat vasitələrinin qeydiyyatı üzrə ilkin sənədlərinqəbulu mərhələsinin rəqəmsallaşdırılması nəzərdə tutulmaqlavətəndaşlar həmin xidmətlər üzrə ilkin müraciətlərini dövlətqurumlarına getmədən, onlayn şəkildə də təqdim edə biləcəklər.

Bu təşəbbüs “ölkənin rəqəmsal hökumət” modelinin daha dagüclənməsinə, dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına vəvətəndaş məmnunluğuna xidmət edəcək, eyni zamanda BMT-nin Dayanıqlıİnkişaf Məqsədlərinə töhfə verəcəkdir.

Chosen
57
43
az.trend.az

10Sources