EN

Qaxda qəza - Xəsarət alanlar var

Qaxda qəza baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qipcax kənd ərazisində baş verib. Belə ki, "Opel" markalı minik avtomobili hərəkətdə olarkən, idarəetmədən çıxaraq yol kənarına aşıb. 

Hadisə  zamanı sürücü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq,  TTY svtomobili ilə Qax rayon  Mərkəzi xəstəxanasına çatdırılıblar. 1991-ci il təvəllüdlü Məmmədov Əfqan Əhliman oğlu və 1993-cü il təvəllüdlü Əhmədov Seymur Aydın oğlunun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Qaxda

 

Chosen
84
1
avtosfer.az

4Sources