EN

Avtomobil dirəyə çırpıldı, 2 nəfər yaralandı Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qax rayonunda avtomobil qəzası baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qıpçaq kəndi ərazisində baş verib.

Belə ki, “Opel” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən cıxaraq yol kənarındakı dirəyə çırpılıb. Nəticədə minik avtomobilində olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
137
2
qafqazinfo.az

3Sources