EN

Qurban Qurbanov 15-ci dəfə ilin ən yaxşı məşqçisi oldu

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 2025-ci ilin ən yaxşı baş məşqçisi seçilib.

90deqiqe.Az-ın məlumatına görə, “Komanda.az” saytının jurnalistlər arasında təşkil etdiyi ənənəvi sorğuda 53 yaşlı mütəxəssis böyük üstünlüklə qalib gəlib. 63 jurnalistin qatıldığı səsvermədə Qurban Qurbanov 58 səs toplayaraq birinci yeri tutub.

Bununla da Qurban Qurbanov 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adına sahib çıxıb.

Sorğuda iki səs “Sabah”la ölkə kubokunu qazanan Vasili Berezutskiyə, bir səs “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova, bir səs “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, bir səs isə milli komandanın və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasova verilib.

Chosen
27
1
90deqiqe.az

10Sources