AZ

Qurban Qurbanov mükafatlandırıldı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova 2025-ci ilin ən yaxşı baş məşqçisi mükafatı təqdim edilib. Metbuat.az xəbər verir ki, Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda 53 yaşlı mütəxəssis digər namizədləri böyük fərqlə qabaqlayaraq birinci olub.Mükafatı Qurban Qurbanova Komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.

Qurban Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplayıb. Bununla da o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.

Seçilən
28
2
metbuat.az

10Mənbələr