EN

Xəzər sahilində hava bombası tapılıb - FOTO

15 dekabr saat 10:00 radələrində Manqistau vilayətinin Tupkaraqan rayonundakı 102 nömrəli növbətçi məntəqəsinə şübhəli bir əşyanın tapılması barədə məlumat daxil olub. Ovçu onu sahil xəttindən təxminən 200 metr, Aktaudan 39 kilometr aralıda tapıb.

Ölkə.Az "Tengrinews"a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, aşkarlanan əşyanın korroziyaya uğramış P-50-75 təlim hava bombası olduğu göstərilir.

545051

"Tupkaraqan rayonunun polis əməkdaşları, eləcə də 25744 nömrəli hərbi hissənin mina təmizləmə qrupu hadisə yerinə tez bir zamanda gəlib", - deyə regional akimlik (yerli özünüidarəetmə orqanı) bildirib.

Fakt lazımi qaydada qeydiyyata alınıb. Hazırda araşdırma aparılır və hadisənin şərtləri aydınlaşdırılır.

Chosen
11
1
olke.az

2Sources