EN

Deputat: Kənar saxta hüquq müdafiə təşəbbüslərinə ehtiyac yoxdur

BAKI, 16 dekabr. TELEQRAF

"Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəzi funksionerlərinin barəsində başlanmış cinayət təqibi ilə bağlı ictimaiyyəti çaşdırmağa yönəli cəhdlərə şahidlik edirik".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, elə ab-hava yaradılır ki, sanki bütün dünyanın diqqəti Azərbaycana yönəlib və sanki, dünya mediası bu prosesi manşetlərində saxlayır: "Birincisi sosial mediada tirajlanan bu kimi xəbərlər saxtadır və heç bir reallığa söykənmir. Hansısa marionet ünsürün həbsi heç bir formada geosiyasi mahiyyət kəsb etimir, əksinə cinayətkarlıqla mübarizə ancaq alqışlana bilər.

İkincisi, dünyada özünə hörmət edən hər kəs bilir ki, indiki halda bu həbsləri pisləmək açıq formada Rusiyanın kəşfiyyat şəbəkəsinin müdafiəsinə qalxmaq deməkdir. Bu mənada, yaradılan süni ajiotaj əslində AXCP-nin özünü ifşasıdır.

Mən üzümü sıravi cəbhəçilərə tuturam, Azərbaycanın ərazi bütövlüyünü tanımayan, daim işğala təcavüzə dəstək vermiş, bu gün isə sülhü pozmağa çalışan təsisatlar və media orqanlarının Əli Kərimlinin müdafiəsinə qalxması bu sizə bir şey demirmi? Sizdə bir sual yaratmıərmı ki, bu dövlətə düşmən kəslən xarici dairələr Əli Kərimlini niyə müdafiə edir?

Yaxud, 30 il ərzində bizdən işğalla barışmağı tələb edən, indi isə bizi təcavüzkarlıqda günahlandıran bir media resursu yaxud təsiat Azərbaycan vətəndaşının rifahında, hüquqlarının müdafiəsində nə qədər maraqlı ola bilər?"

Deputat bildirib ki, eyni zamanda mən üzümü müsavatçılara tutmaq istəyirəm, 25 ildir ən kritik məqamlarda xəyanət edib sizə divan tutan Əli Kərimov üçün 3 gündən bir Divan toplayırsız: "Məqsədiniz nədir? Nədir sizin demokratiya ölçünüz? Əli Kərimovun xəyanət rakursu, yaxud Fazil Müstafanın təbirincə adlandırsaq, siyasi dələduz Cəmil Həsənlinin qalın ənsəsi və mənəvi deqradasiyası necə demokratiya barometri ola bilər? Çox təəccüblüdür, bunlar bu düşüncə ilə cumhuriyyət ənənələrinə necə iddia edə bilir?

Yeni siyasi partiyalar haqqında qanun siyasi sağlamlaşma üçün bir şans idi, maraqlıdır, heç bir dəstəyi və bazisi oilmayan bu natamam təfəkkürlü siyasi qruplaşmaları hansı parametrlərə əsasən təkrar qeydiyyata aldı?Hesab edirəm ki, Azərbaycanın hüquq mühafgizə orqanları partiyaların qeydiyyat prosesdurunun sağlam əsaslarla aparılıb aparılmadığını araşdırmalıdır. Hansısa konfiqurasiya xatirinə siyasi sistemi bu cür kirləndirmək olmaz.
O ki, qaldı süni ajiotaja, bu gün bizim üçün həbsdə nə jurnalist yoxdur nə siyasətçi, yalnız dövlət hakimiyyəti əleyhinə əməllərdə təqsirləndirilən, vətənin daşı yox könüllü sürətdə başqa dövlətlərin ayağının tozu olmağı seçmiş vətəndaşlar var. Quyruğu qapı arasında qalanda qanunun aliliyindən danışanlar isə unutmamalıdırlar ki, qalib müstəqil Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir.
Son amnistiya təşəbbüsü də göstərir ki, Azərbaycan dövləti, Azərbaycan prezidenti öz vətəndaşına o cümlədən yolunu azmış vətəndaşa da sahib çıxmağı bacarır və kənar saxta hüquq müdafiə təşəbnüslərinə ehtiyac yoxdur".

Chosen
127
1
teleqraf.com

2Sources