AZ

Xarici dairələr Əli Kərimlini niyə müdafiə edir? - Deputat

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəzi funksionerlərinin barəsində başlanmış cinayət təqibi ilə bağlı ictimaiyyəti çaşdırmağa yönəlik cəhdlərə şahidlik edirik. Elə ab-hava yaradılır ki, sanki bütün dünyanın diqqəti Azərbaycana yönəlib və sanki, dünya mediası bu prosesi manşetlərində saxlayır”.

Hafta.az xəbər verir ki, bu barədə deputat Bəhruz Məhərrəmov Milli Məclisisn bugünki iclasında bildirib. Onun sözlərinə görə, sosial mediada tirajlanan bu kimi xəbərlər saxtadır və heç bir reallığa söykənmir.

Deputat qeyd edib ki, hansısa marionet ünsürün həbsi heç bir formada geosiyasi mahiyyət kəsb etmir, əksinə, cinayətkarlıqla mübarizə ancaq alqışlana bilər:

“Özünə hörmət edən hər kəs bilir ki, indiki halda bu həbsləri pisləmək açıq formada Rusiyanın kəşfiyyat şəbəkəsinin müdafiəsinə qalxmaq deməkdir. Bu mənada, yaradılan süni ajiotaj əslində AXCP-nin özünü ifşasıdır".

Deputat sıravi cəbhəçilərə səslənərək bunları dedi:

“Azərbaycanın ərazi bütövlüyünü tanımayan, daim işğala təcavüzə dəstək vermiş, bu gün isə sülhü pozmağa çalışan təsisatlar və media orqanlarının Əli Kərimlinin müdafiəsinə qalxması sizə bir şey demirmi? Sizdə bir sual yaratmıəmı ki, bu dövlətə düşmən kəslən xarici dairələr Əli Kərimlini niyə müdafiə edir? Yaxud, 30 il ərzində bizdən işğalla barışmağı tələb edən, indi isə bizi təcavüzkarlıqda günahlandıran bir media resursu yaxud təsiat Azərbaycan vətəndaşının rifahında, hüquqlarının müdafiəsində nə qədər maraqlı ola bilər?

Eyni zamanda mən üzümü müsavatçılara tutmaq istəyirəm, 25 ildir ən kritik məqamlarda xəyanət edib sizə divan tutan Əli Kərimov üçün 3 gündən bir Divan toplayırsız, məqsədiniz nədir? Nədir sizin demokratiya ölçünüz? Əli Kərimovun xəyanət rakursu, yaxud Fazil Müstafanın təbirincə adlandırsaq, siyasi dələduz Cəmil Həsənlinin qalın ənsəsi və mənəvi deqradasiyası necə demokratiya barometri ola bilər? Çox təəccüblüdür, bunlar bu düşüncə ilə cumhuriyyət ənənələrinə necə iddia edə bilir?”

Deputat bildirib ki, Azərbaycanın hüquq mühafgizə orqanları partiyaların qeydiyyat prosesdurunun sağlam əsaslarla aparılıb aparılmadığını araşdırmalıdır. O, qeyd edib ki, hansısa konfiqurasiya xatirinə siyasi sistemi bu cür kirləndirmək olmaz:

"Süni ajiotaja gılincə, deputat deyib ki, bu gün bizim üçün həbsdə nə jurnalist yoxdur nə siyasətçi, yalnız dövlət hakimiyyəti əleyhinə əməllərdə təqsirləndirilən, vətənin daşı yox könüllü sürətdə başqa dövlətlərin ayağının tozu olmağı seçmiş vətəndaşlar var. Son amnistiya təşəbbüsü də göstərir ki, Azərbaycan dövləti, Azərbaycan prezidenti öz vətəndaşına o cümlədən yolunu azmış vətəndaşa da sahib çıxmağı bacarır və kənar saxta hüquq müdafiə təşəbnüslərinə ehtiyac yoxdur”.

Tahirə Qafarlı

Seçilən
41
1
hafta.az

2Mənbələr